"Ən azı 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

"Ən azı 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

“Şəfa” Misli Premyer Liqasının 6-ci turunda “Qarabağ”ın qonağı olub.

Fanat.Az xəbər verir ki, 0:1 hesablı məğlubiyyət yaşayan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyun bizim üçün penalti epizoduna qədər yaxşı keçdi. "Qarabağ"a real epizod vermirdik. Ən azı 1 xal üçün gəlmişdik. Futbolçularımdan narazı qalmadım". 

- Növbəti oyun "Turan Tovuz"a qarşıdır, bu barədə nə deyə bilərsiniz?

"Milli fasilədən sonra olacaq bu matç. Hazırlaşmağa kifayət qədər vaxtımız olacaq. Belə rəqiblərlə matçlarda xal qazanmağa çalışırıq. Komandam bütün rəqiblərə qarşı layıqlı mübarizə aparır".

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər