"Əl-Hilal" Neymarı bu kluba icarəyə verəcək - Danışıqlar başladı

"Əl-Hilal" Neymarı bu kluba icarəyə verəcək - Danışıqlar başladı

"Əl Hilal"ın hücumameyilli yarımmüdafiəçisi Neymar qışda klubu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.

Mənbənin məlumatına görə, ulduz futbolçu vətəninə dönməyə yaxındır. Ancaq o, adının hallandırıldığı "Flamenqo"ya yox, yetirməsi olduğu "Santos"a keçəcək. 

Tərəflər artıq danışıqlara başlayıb, lakin Səudiyyə klubunun Klublararası Dünya Çempionatında komandaya kömək etmək üçün forvardla müqaviləni uzatmaq istəməsi vəziyyəti çətinləşdirir.

Belədə "Santos" Neymarı icarəyə götürməyi düşünür. Futbolçunun özü də bu variantı bəyənir.

2024/25 mövsümündə cinah oyunçusu müxtəlif zədələrdən müalicə olunaraq "Əl-Hilal"ın heyətində cəmi iki oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər