"Beşiktaş"dan Çerniyə rəsmi təklif

"Beşiktaş"dan Çerniyə rəsmi təklif

"Beşiktaş" transfer çalışmalarını davam etdirir. İstanbul klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən Vaslav Çerniyə rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçunun "Beşiktaş"ın marağına müsbət yanaşdığı bildirilir.

Xəbəri tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb. Çerninin yaxın günlərdə İstanbul klubunun şərtlərini dəyərləndirəcəyi gözlənilir.

Qeyd edək ki, Çexiya millisinin üzvü olan Vaslav Çerniy karyerası ərzində “Ayaks”, “Utrext” və “Tvente” kimi klublarda da forma geyinib.O, ötən mövsüm “Volfsburq”un heyətində Bundesliqada 27 oyuna çıxaraq 4 qol, 3 asistlə yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər