"Beşiktaş" Vlahoviçlə 2 gün ərzində müqavilə imzalayacaq

"Beşiktaş" Vlahoviçlə 2 gün ərzində müqavilə imzalayacaq

Türkiyə təmsilçisi "Beşiktaş" İtaliya klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviç ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriero dello Sport" yayıb.

Qeyd olunub ki, "qara qartallar" 26 yaşlı forvard ilə razılığa gəlib.

"Ağ-qaralar" Vlahoviçə 8 milyon avro maaş və əlavə bonuslar verəcək.

İmzaların 48 saat içərisində atılması gözlənilir. 

“Transfermarkt” portalı serbiyalı oyunçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Duşan 2025/26 mövsümündə "Yuventus"un heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər