"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

Transfer fəaliyyətlərini davam etdirən "Beşiktaş" "Yuventus"un futbolçusu Fabio Mirettini heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.

Məlumata görə, "qara qartallar" italiyalı yarımmüdafiəçi ilə bağlı Turin təmsilçisi ilə danışıqlara başlayıblar.

Baş məşqçi Vinçenzo İtalyano Miretti ilə birbaşa danışıqlar aparıb və futbolçu bu keçidə müsbət yanaşır.

Tərəflər 10-12 milyon avro dəyərində satınalma bəndi də daxil olan icarə müqaviləsini müzakirə ediblər, lakin futbolçunun daha çox oyun şansı qazanmaq məqsədilə daimi transferə üstünlük verdiyi bildirilir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər