Türkiyənin "Beşiktaş" klubu "Arsenal"dan Qabriel Jesusu heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "HT Spor" yayıb.
Məlumata görə, "ağ-qaralar" hücum xəttindəki boşluğu doldurmaq üçün braziliyalı oyunçunu rənglərinə bağlamaq marağındadır.
"Qara qartallar"ın rəsmiləri "topçular" ilə təmasa keçib.
“Transfermarkt” portalı Qabrielin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.
Qeyd edək ki, forvard ötən mövsüm İngiltərə təmsilçisinin heyətində 27 matça çıxaraq, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli