Almaniya Bundesliqasının son qalibi “Bavariya” “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı xəbər yayıb. “Bavariya”nın İdarə heyətinin sədri Karl Haynz Rummeniggenin “Qarabağ” ünvanladığı məktubda deyilir:
“Bavariya” klubu adından “Qarabağ”ı 2016/17-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edirəm”.

Fanat.Az