"Barselona"nın Mudrik planı: Gənc ulduz icarəyə gedir?

"Barselona"nın Mudrik planı: Gənc ulduz icarəyə gedir?

İngiltərə Premyer Liqasında "Çelsi"nin heyətində çıxış edən gənc yarımmüdafiəçi Mixail Mudrik yaxın vaxtlarda klubunu dəyişə bilər.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, ukraynalı futbolçunun xidmətlərində "Barselona" maraqlıdır. Kataloniya klubu Mudriki mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. "Çelsi" rəhbərliyi də bu təklifi nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, Mixail Mudrik ötən ilin yanvarında Donetskin "Şaxtyor" klubundan "Çelsi"yə transfer olunmuşdu. Hazırkı mövsümdə o, London təmsilçisinin heyətində 16 oyuna çıxıb, üç dəfə fərqlənib və dörd məhsuldar ötürmə edib.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər