"Barselona" Arauxonun İtaliya nəhənginə keçidinə razılıq verdi

"Barselona" Arauxonun İtaliya nəhənginə keçidinə razılıq verdi

"Barselona"nın müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "La Reppublica" yayıb. 

Mənbənin məlumatına görə, uruqvaylının "Yuventus"a transferi ilə bağlı razılığa gəlinib. Turin klubu Arauxonu icarəyə götürüb.

25 yaşlı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün gələn həftə İtaliyaya gedəcək.

Arauxonun bazar dəyəri 55 milyon avrodur. Bu mövsüm o, yalnız 1 matçda oynayıb. Müdafiəçi omba zədəsi səbəbindən təxminən 6 ayı boşa verib. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər