"Bakster "Qarabağ"ın forvardını məyus etdi

"Bakster "Qarabağ"ın forvardını məyus etdi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Nigeriyayla münasibətlərinə aydınlıq gətirəcək CAR (Cənubi Afrika Respublikası) yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın forvardı Dino Ndlovu heyətdən kənarda qalıb.

 

Britaniyalı çalışdırıcı Stüart Baksterin qərarından məyus olan Ndlovu bu haqda tvitter hesabında fikirlərini bölüşüb və istifadəçilərdən dəstək alıb.

 

 

Qeyd edək ki, “Qarabağ”ın Türkiyənin “Gənclərbirliyi” klubundan transfer etmək istədiyi hücumçu - Tokelo Rantie CAR yığmasına çağırılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər