"Azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik"

"Azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik"

"Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu – XX turunun "Sumqayıt"la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, o, 94:92 hesablı qələbəni belə şərh edib:

"Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının 4-cü dövrəsində sonuncu oyunumuz idi. Üç cəzalı, 1 zədəli oyunçumuz olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı.

Sonuncu oyunumuz olsa da, evdə, azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər