Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletiko" (Madrid) Ağdam təmsilçisi haqda yazıb. Fanat.Az xəbər verir ki, məqalələr klubun rəsmi saytında yayımlanıb. Məqalələrdən birində "Qarabağ"ın işğal altındakı Ağdam rayonunun komandası olduğu barədə, digər məqalələrdə "Qarabağ" ÇL-in qrup mərhələsinə düşmək üçün 3 cəhdi və Azərbaycan çempionatındakı çıxışlarından yazılıb.
