"Admira"nın baş məşqçisi: "Kəpəz"i təbrik edirəm"

"Admira"nın baş məşqçisi: "Kəpəz"i təbrik edirəm"

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Kəpəz"i 2:0 hesabıyla məğlub edən "Admira"nın baş məşqçisi Oliver Lederer oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, Lederer oyunla bağlı bunları deyib:

- Çətin oyun oldu. Bacardığımızı göstərdik. Fikrimcə, qələbəyə layiq idik. "Kəpəz" komandasını yaxşı oyuna görə təbrik edirəm.

- Demək olar ki, Bakıdakı oyun evdəkindən rahat oldu?

- Komanda bir həftə əvvəlki sistemlə oynayırdı. Belə oyun gözləmirdim. Mən rəqibin hücum futbolu oynayacağını gözləyirdim. Ancaq belə olmadı. Komanda yalnız oyunun son dəqiqələridə hücum etməyə başladı.

- Komandada kimi fərqləndirə bilərsiz?

- Komanda müdafiə olunduğundan kimisə fərqləndirməkdə çətinlik çəkirəm. Müdafiəçilərdən Renanı fərqləndirərdim. 

- Səfər oyununda Azərbaycan dilinə tərcüməçi yox idi. Sizə burda yaradılan şəraitdən razı qaldız?

- Bizi burda çox səmimi qarşıladılar. Gələn illərdə də Bakıya gələsi olsaq, çox sevinərik.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər