Qrem Potter İngiltərəyə dönür - Yeni iş yeri bilindi

Qrem Potter İngiltərəyə dönür - Yeni iş yeri bilindi

"Çelsi"dən ayrıldıqdan sonra ilyarımdan çoxdur ki, məşqçilikdən kənarda qalan Qrem Potterin işsiz günləri başa çatmaq üzrədir. 

Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis yenidən İngiltərəyə qayıtmağa yaxındır. 

“The Times”ın məlumatına görə, onunla “Vest Hem” ciddi maraqlanır. London klubu qeyri-qənaətbəxş nəticələrə görə tezliklə Xulen Lopeteqi ilə yollarını ayırmağa hazırlaşır. 

"Vest Hem"i çalışdırmağa daha iki məşqçinin adı namizəd göstərilir. Söhbət Serjio Konseysau və Kasper Jullmanndan gedir.   Hazırda "Vest Hem" İngiltərə çempionatının turnir cədvəlində on dördüncü yerdədir. Komanda növbəti oyununu bazar ertəsi, dekabrın 9-da “Vulverhempton”a qarşı keçirəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər