Qərb derbisindən öncə "Kəpəz"də üzlər gülür

Qərb derbisindən öncə "Kəpəz"də üzlər gülür

Misli Premyer Liqasının 3-cü turunda əzəli rəqibi "Turan Tovuz"u qəbul edəcək "Kəpəz"in heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin sözçüsü Gəray Qiyasov məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Hücumameyilli yarımmüdafiəçi Rəhman Hacıyev də artıq zədəsini sağaldaraq kollektiv məşqlərə başlayıb. Komanda "Turan Tovuz"la oyuna tam heyətlə hazırlaşır".

Xatırladaq ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması avqustun 30-da keçiriləcək. Təmir edilmiş Gəncə şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər