"Qarabağ"ın rəqibi "Kayrat" niyə transfer etməyib?

"Qarabağ"ın rəqibi "Kayrat" niyə transfer etməyib?

Qazaxıstanın "Kayrat" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir.

Fanat.Az Almata təmsilçisinin iştirak etdiyi Qazaxıstan çempionatı və kuboku haqda maraqlı məqamları diqqətinizə çatdırır. 

Qazaxıstan çempionatı

2020-ci il mövsümünün reqlamentinə görə yarışın rəsmi adı "OLIMPBET-Qazaxıstan Futbol Çempionatı"dır. Çempionat Qazaxıstan Futbol Federasiyası tərəfindən idarə olunur. Turnir "yaz-payız" sisteminə uyğun olaraq keçirilir. Səbəb isə yerli iqlimdir. Qazaxıstanda yay olduqca isti (+45°С və +50°С) qış isə olduqca sərt küləkli və şaxtalı (-25°С və -35°С) keçir. 

2020-ci il mövsümünə qədər çempionatda 12 klub çıxış edib. 2021-ci ildən isə futbol üzrə 30-cu Qazaxıstan çempionatında 14 komanda iştirak edir. Komanda sayını artırmaqda məqsəd Qazaxıstanın cənubunda yerləşən Türkistan bölgəsində futbolu inkişaf etdirməkdir. Belə ki, cari mövsüm  "Turan Turkestan" və "Akjayik" klubları da turnir iştirakçısı oldu. Bundan əlavə bölgədə futbolun inkişafı üçün Şimkent şəhərində 50 ilin "Ordabası" stadionu rekonstruksiya olunub.

"Qarabağ"ın rəqibi "Kayrat" niyə transfer etməyib?

"Qarabağ"ın rəqibi "Kayrat" niyə transfer etməyib?

Cari mövsümə mart ayının 13-cü start verilib. Artıq 19 turun görüşləri geridə qalıb. Qalan 7 turun oyunlarına isə sentyabr ayının 11-dən start veriləcək. Sonuncu 26-cı tur oktyabrın 30-u oynanılacaq.

Ötən ilin çempionu "Kayrat" cari mövsümdə turnir cədvəlində 37 xalla 3-cü yerdədir.

Qazaxıstan Peşəkar Futbol Liqasında 2021-ci il mövsümünün transfer pəncərəsi iyul ayının 1-i açılıb və həmin ayın 29-bağlanıb. 

"Qarabağ"ın rəqibi "Kayrat" klubu isə heç bir oyunçu transferi etməyib və öz akademiyasının yetirmələrindən istifadə edəcək. Komandada yeganə dəyişiklik baş məşqçi əvəzlənməsidir. 33 yaşlı Aleksey Şpilevskinin yerinə kluba 69 yaşlı türkmənistalı mütəxəssis Kurban Berdiyev təyin olunub.

Futbol üzrə Qazaxıstan Kuboku

Kubokda Qazaxıstan çempionatının, II və III divizionunun bütün komandaları ( Yüksək liqada çıxış edən komandanın əvəzedicisi olmamaq şərti ilə) iştirak edir.

Kubok oyunları aprel ayının 22-sı start götürüb. İlkin mərhələlərin oyunları artıq başa çatıb. Növbəti mərhələlərin görüşlərinin vaxtı açıqlanmayıb. "Kayrat" klubu yarışda çıxışını davam etdirir.

Xatırladaq ki, "Qarabağ" "Kayrat"a qarşı ilk oyununu oktyabrın 21-i öz meydanında keçirəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər