“Qaradağ Lökbatan” “Kəpəz”ə rəqib oldu

“Qaradağ Lökbatan” “Kəpəz”ə rəqib oldu
“Kəpəz”in yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, “sarı-göylər” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında “Qaradağ Lökbatan”la üz-üzə gələcək. 
I divizion təmsilçisi ilə oyun yanvarın 17-də Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək və saat 16.00-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Komanda yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər