"Qarabağ"lının bu ötürməsi Avropa Liqasının ən yaxşısı seçildi - VİDEO

"Qarabağ"lının bu ötürməsi Avropa Liqasının ən yaxşısı seçildi - VİDEO
UEFA Avropa Liqasının rəsmi "Instagram" hesabında bu turnirin ən baxımlı qol assistentinin kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ən effektli qol hazırlayıcılarının videogörüntüləri hazırlanıb və səsverməyə çıxarılıb. Patrik Andradenin "Vilyarreal"ın qapısına yol tapan Ovusu Kvabenaya verdiyi ötürmə ən yaxşı seçilib.
Sonrakı yerlərdə Dioqo Dalot ("Milan"), Kerem Demirbay ("Bayer", Leverkuzen), Bruno Petkoviç ("Dinamo", Zaqreb), Edinson Kavani ("Mançester Yunayted") və Karlos Bakka ("Vilyarreal") qərarlaşıb.
 
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" görüşü (1:3) AL-in qrup mərhələsində gerçəkləşib. 
 
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər