"Qarabağ"la qarşılaşmaq maraqlı olardı" - Ştrayx

"Qarabağ"la qarşılaşmaq maraqlı olardı" - Ştrayx

Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən "Qarabağ"la mümkün qarşılaşmanı müzakirə edib.

Fanat.Az xəbər verir ki, Almaniyanın "Bild" nəşri 57 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

"Qarabağ"la qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam.

Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Tanımadığımız yeni stadionlara gedə bilərik".

Qeyd edək ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci, "Frayburq" isə üçüncü səbətdən qoşulacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər