“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm”

“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm”

Belçikanın “Gent” komandasının yarımmüdafiəçisi Jülyen de Sart Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Belçikadan olan 28 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ" hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı xüsusilə təhlükəlidir. Avropa Liqası səviyyəsində olan bir komandadır. Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm".

Xatırladaq ki, Sabah "Gelamko Arena"da keçiriləcək cavab matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. İlk oyunda “Qarabağ” 1:0 hesabıyla qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər