"Arsenal"ın aparıcı futbolçularından olan Mesut Özil zədəsini sağaldıb.
Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri matçdan ağrılarla qayıtmış və müalicəyə başlamışdı. 30 yaşlı yarımmüdafiəçi artıq tam olaraq sağalıb.
"Arsenal"ın digər aparıcı üzvü - əsas qapıçı Petr Çex sağalıb və məşqlərə başlayıb. O, Premyer Liqasının IX turunun "Lester"lə oyununda meydana çıxa biləcək.
Fanat.Az