“Qarabağ”la oyuna 3 itki ilə

“Qarabağ”la oyuna 3 itki ilə

“Kəpəz” Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la ev oyununa itkilərlə çıxacaq.

Fanat.Az xəbər verir ki, Gəncə klubunda üç futbolçu bu görüşdə meydana çıxa bilməyəcək.

Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Digər gənc oyunçu, yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sissenin isə zədəsi var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər