"Qarabağ"la oyun üçün Bakıya gələcək "Qalatasaray" 8 futbolçudan imtina etdi - ADLAR

"Qarabağ"la oyun üçün Bakıya gələcək "Qalatasaray" 8 futbolçudan imtina etdi - ADLAR

Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək "Qalatasaray" yay transfer dönəminə ciddi hazırlaşır. 

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi yeni transferlər üçün resurs yaratmaq, maaş yükünü yüngülləşdirmək və legioner kvotasını azaltmaq üçün ilk növbədə icarəyə götürülən futbolçularla yolları ayıracaq. 

Məlumatı "A Spor" yayıb. 

Mənbənin məlumatına görə, "Qalatasaray" mövsümün sonunda 8 oyunçu ilə ayrılacaq. Söhbət Alparslan Öztürk, Oğulcan Çağlayan, Emre Kılınç, Taylan Antalyalı, həmçinin, Olimpiu Morutan, Kristian Luyındrama, Aleksandr Çiçaldau və Mustafa Muhammeddən gedir.

Qeyd edək ki, son 14 matçda qələbələri sıralayan "Cim-bom" əzəli rəqibi "Fənərbağça"nı 9 xal qabaqlayaraq Superliqada liderdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər