"Qarabağ"la oyun Çerçesov üçün daha çətin olacaq" - Rusiyalı mütəxəssis

"Qarabağ"la oyun Çerçesov üçün daha çətin olacaq" - Rusiyalı mütəxəssis

Rusiyanın "Rubin" komandasının sabiq baş məşqçisi Rinat Bilyaletdinov "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan çempionuna qarşı keçirəcəyi oyunlar barədə danışıb.

Fanat.Az xəbər verir ki, o, "Championat"a açıqlamasında təmsilçimizin Macarıstan çempionu üçün çətin rəqib olduğunu deyib:

"Qarabağ"ın bu "Sürix"i neсə keçməsi aydın deyil. İsveçrə çempionatı da millisi kimi yaxşıdır. Onlar həmişə yüksək səviyyədə oynayırlar. Azərbaycan təmsilçisində güclü legionerlər və ölkə millisinin aparıcı üzvləri çıxış edir. Növbəti mərhələ Stanislav Çerçesov və "Ferentsvaroş" üçün daha çətin olacaq".

Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər