"Qarabağ"la "Olimpiya" arasındakı oyunların vaxtı açıqlandı

"Qarabağ"la "Olimpiya" arasındakı oyunların vaxtı açıqlandı
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ”la "Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ilk qarşılaşma iyulun 11-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da (Yerli vaxtla 20.00) başlayacaq.
Cavab görüşü iyulun 18-da Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu matçın başlama saatı hələ bəlli deyil.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər