"Qarabağ"la müqavilə imzalamağım üçün ölkə prezidentinə zəng edildi"

"Qarabağ"la müqavilə imzalamağım üçün ölkə prezidentinə zəng edildi"
"Polşa "Visla"sında çıxış edərkən "Volfsburq" komandası ilə yoldaşlıq görüşündə yaxşı oynayıb qol vurduqdan sonra Almaniya təmsilçisinin nümayəndələri mənim klubumla əlaqə saxladılar. Lakin həmin an yalnız Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu". 
Bunu "Neftçi"nin futbolçusu Donald Gerye "Haiti-Tempo" nəşrinə açıqlamasında deyib.
31 yaşlı haitili yarımmüdafiəçi bildirib ki, Azərbaycanda da ilk dəfə "Qarabağ"la müqavilə imzalaması da eyni səbəbdən çox çətin olub: "Pasport məsələsi işimi asanlaşdırmadı. Məhz buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun".
Haiti millisinin şərəfini qoruyan sol cinah oyunçusu bu məsələ ilə əlaqədar ölkəsinin rəhbərliyinə müraciət edib: "Milliyə çağırılan futbolçuların diplomatik pasporta sahib olmalarına icazə verin. Bu, onların xaricdə oynamasını asanlaşdıracaq".
Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.  (Report.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər