"Qarabağ"la mübarizə aparmaq çox çətindir" - Murad Musayev

"Qarabağ"la mübarizə aparmaq çox çətindir" - Murad Musayev

"Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis matçı belə şərh edib:

"Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər".

O, "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər".

Baş məşqçi "Qarabağ"ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: "Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".

Musayev "Mövsümün əvvəlində "Sabah"a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı" sualına bu cür cavab verib: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "3-lüy"ə düşmək olardı".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər