"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında

"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında
UEFA 2019/20 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yeni transferi Uroş Matiç də siyahıda yer alıb.
Serbiyalı yarımmüdafiəçi icarə əsasında Cənubi Kiprin APOEL klubunda çıxış edərkən aktivinə 4 qol ötürməsi yazdırıb. O, Bruno Fernandeş ("Mançester Yunayted”), Riyad Mahrez ("Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso ("Bavariya”) və Roberto Firmino ("Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.
Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər