"Qarabağ"ın yeni transferi "Partizani"yə qarşı oynamayacaq

"Qarabağ"ın yeni transferi "Partizani"yə qarşı oynamayacaq

"Qarabağ”ın yeni transferi Aylton Silva Çempionlar Liqasında ağdamlılara kömək edə bilməyəcək.

 

Fanat.Az xəbər verir ki, səbəb braziliyalının cəzalı durumda olmasıdı. Belə ki, sözügedən oyunçu 2015/16 mövsümündə "Neftçi”də top qovarkən Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab matçında "qırmızı” alıb.

Həmin vaxt Bakıda Monteneqro "Mladost”u ilə 2:2 hesablı heç-heçəyə razılaşan "ağ-qaralar”ın "Qradski Arena”da 1:1-dən artığına gücü çatmayıb. Samir Əliyevin baş məşqçiliyi dönəmində tarixə qovuşan bu nəticənin ardından dava düşüb. Qarşılaşmanın final fitindən sonra (90+9-cu dəqiqədə) təmsilçimizin heyətində 2 oyunçu - Maksim Vaylo və Aylton Silva dava-dalaş üzündən "qırmızı” görərək avrokuboklardan 3 oyunluq diskvalifikasiya edilib.

Düzdü, ağdamlıların rənglərinə bağladığı "sambaçı” "Eştoril" – "Ştutqart" – "Eştoril" – "Braqa" marşrutu ilə hərəkət edib. Ancaq bu klubların heç birində avrokubok matçlarına çıxmayıb.

Bu isə o deməkdir ki, cənubi amerikalı "Partizani” ilə görüşlərdə heyətdə yer almayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər