“Qarabağ” futbol klubunun yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Pedro Enriko artıq Bakıya gəlib. Bu barədə Fanat.Az-a klubdan məlumat verilib.Futbolçu “Qarabağ”a keçidi və gələcək hədəfləri haqda açıqlamasında deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Bakı da olduqca gözəl şəhərdir. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi. “Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim. “Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”. Fanat.Az
“Qarabağ”ın yeni transferi Bakıya gəldi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar