"Qarabağ"ın yeni transferi Bakıda

"Qarabağ"ın yeni transferi Bakıda

"Qarabağ"ın anlaşdığı Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə artıq Bakıdadır.

Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu keçidin son detallarını müzakirə etmək və tibbi müayinədən keçmək üçün Azərbaycan paytaxtına gəlib.

Gənc forvard müayinədən uğurla keçəcəyi halda, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 2020-ci ilin iyulundan "Minay"da çıxış edən Rüstəm Əhmədzadə Azərbaycan millisinin də formasını geyinir. (Report.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər