"Qarabağ"ın yeni müqavilə təklifini qəbul etmədi

"Qarabağ"ın yeni müqavilə təklifini qəbul etmədi
"Qarabağ"ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.
Fanat.Az xəbər verir ki, Nigeriya əsilli isveçrəli futbolçu bu barədə "Blick"ə açıqlamasında bildirib.
"Yeni müqavilə təklifi məni qane etmədi. Görək, nə baş verir" deyə Emeqara qeyd edib. 
Qeyd edək ki, 2014/15 mövsümündə "Qarabağ”da çıxış edən Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə 18 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər