"Qarabağ"ın yeni kapitanı bəlli oldu

"Qarabağ"ın yeni kapitanı bəlli oldu
2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib. 
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Ağdam təmsilçisinin kapitanı olub. 
Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib. 
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər