“Qarabağ”ın üçüncü transferini rəsmən açıqladı - FOTO

“Qarabağ”ın üçüncü transferini rəsmən açıqladı - FOTO
"Qarabağ” Kevin Medinanı rəsmən transfer edib.
Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi sosial şəbəkələri məlumat yayıb. "Xoş gəldin, Kevin Medina” deyə klubun paylaşımında bildirilir. 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalandığı qeyd edilir.
 
“Qarabağ”ın üçüncü transferini rəsmən açıqladı - FOTO
Qeyd edək ki, Kevin Medina Portuqaliyanın "Çaves" klubundan transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində 22 oyuna çıxaraq 1 qol vurub. 27 yaşlı stoper əvvəllər Portuqaliyanın "Naval", "Moura", "Sintrense", "Pinhalnovense" və "Akademika Viseu" klublarında oynayıb.
Xatırladaq ki, "Qarabağ” daha əvvəl müdafiəçi Donald Gerye və qapıçı Emil Balayevi heyətinə qatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər