“Qarabağ”ın təxirə salınmış oyununa hakim təyinatı

“Qarabağ”ın təxirə salınmış oyununa hakim təyinatı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün təyinatları açıqlanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının saytına istinadən məlumat verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.

Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.

Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaqsa, Eyyub İbrahimov ona yardım edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək.

Misli Premyer Liqası III turdan təxirə salınmış oyun 9 noyabr (çərşənbə)

14:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli VAR: Nicat İsmayıllı AVAR: Eyyub İbrahimov Hakim-inspektor: İmanxan Sultani Tovuz şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər