“Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi"

“Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi"

“Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi. Azərbaycan klubu mənimlə real şəkildə maraqlandı. Fikirləşdim ki, rəhbərlik və məşqçilər korpusu məni heyətdə görmək istəyirsə, niyə də özümü sınamayım?" Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolotski deyib.

Qolkiper vətənində verdiyi müsahibədə “Qarabağ” Ukrayna Premyer Liqasında çıxış etsəydi, hansı pilləni tutardı? sualını cavablandırıb: “Şaxtyor”la ayaqlaşmaq çətin olar. Amma “üçlüy”ə düşmək uğrunda mütləq mübarizə apara bilərdik. “Şaxtyor” və”Dinamo”dan başqa Ukraynanın bütün komandaları ilə eyni səviyyədə oynamaq, onları məğlub etmək gücündəyik".

O, "Qarabağ"ın digər qapıçısı İbrahim Şehiçlə rəqabətdən də danışıb: "İbrahim 2013-cü ildən klubdadı. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacağam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?"

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər