"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir

"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununda Macarıstanda "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisi turnirin pley-offunda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu rəqiblə Qurban Qurbanovun komandasının yolları artıq bir dəfə avrokuboklarda kəsişib. 2016-cı ildə, ÇL-in 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə pley-offa çexlər adlayıb. Belə ki, səfərdə keçirilən ilk matçda qolsuz sülhə razılaşan tərəflərin Bakıdakı duelində 1:1 hesablı bərabərlik qeydə alınıb və qonaqlar səfər qolu hesabına pley-offa çıxıb.

Fanat.Az o vaxtdan bəri xeyli dəyişən tanış rəqib barədə bəzi vacib məlumatları təqdim edir:

"Viktoriya" Çexiyanın dördüncü böyük şəhəri olan Plzeni təmsil edir. 1911-ci ildə yaradılan komanda I Liqada oynayır. "Viktoriya" 6 dəfə Çexiya çempionu olub, 2 dəfə Çexiya Kubokunu və Çexiya Superkubokunu qazanıb. Komanda ev oyunlarını 11700 azarkeş tutumuna malik "Dusan Arena"da keçirir. 

"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir

"Viktoriya" klubunun futbol akademiyası da fəaliyyət göstərir. Dünya futbolunun əfsanələrindən sayılan Pavel Nedved və Petr Çex kimi məşhurlar məhz bu akademiyanın yetirməsidir.

2011-ci ildə "Viktoriya" yüz illiyini qeyd edib. Yüz ildən artıq fəaliyyət göstərən klub bəzən sponsorun tələbi, bəzən də rəhbərliyin istəyi ilə 7 dəfə fərqli ad daşıyıb:

1911 - SK Viktoria Plzen  1949 - Sokol Şkoda Plzen 1952 - Sokol ZVIL Plzen 1953 - DSO Spartak LZ Plzen 1963 - TE Spartak LZ Plzen 1965 - TE Skoda Plzen 1993 - FC Viktoria Plzen 

Klub 2014/15-ci illər mövsümündə öz stadionuna yığdığı tamaşaçı sayına görə birinci olub. Mövsüm ərzində orta hesabla hər oyuna 10 867 nəfər, ümumilikdə isə 163 012 azarkeş stadiondan matç izləyib. 

Çexiya təmsilçisi 2018/19-cu illər mövsümündə ÇL-in qrup mərhələsində "Real Madrid", "Roma" və MOİK-in iştirak etdiyi "G" qrupunda 7 xalla üçüncü olub. Daha sonra Avropa Liqasına düşən komanda "Dinamo Zaqreb"ə məğlub olaraq 1/16 finalda "əyləci basıb".

Ötən mövsüm UEFA Konfrans Liqasına II mərhələdən qoşulan Plzen təmsilçisi yarışdakı iştirakını pley-offda dayandırıb. 

Komandanın baş məqşçisi Arlekin ləqəbli 57 yaşlı çexiyalı mütəxəssis Mixal Bilekdir. 

"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir

Bilek məşqçi karyerası ərzində Kosta-Rika, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə çalışıb. Daha çox öz ölkəsində işləyən mütəxəssis Çexiya millisi ilə 2012-ci ildə keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin iştirakşısı olub.

Baş məşqçinin digər nailiyyətləri: 

"Viktoriya Plzen" - Çexiya çempionu (2006/07, 2020/22) "Viktoriya Plzen" - Çexiya Kubokunun qalibi (2006/2007) Çexiya millisi U19 - Avropa çempionatının bürünc mükafatçısı (2003) "Astana" Qazaxıstan Superkubokunun qalibi (2020)

Çexiyalı çalışdırıcı ötən mövsüm demək olar ki, bütün oyunlarda 4-3-3 taktiki sxeminə üstünlük verib. 

Komandanın ən məhsuldar və təhlükəli futbolçusu yeni transfer etdiyi çexiyalı hücumçu Yan Klimentdir. 28 yaşlı forvard daha əvvəl Krakov "Visla"sında forma geyinib. Plzen təmsilçisinin ən çox ümid bəslədiyi futbolçulardan biri də 32 yaşlı kolumbiyalı yarımmüdafiəçi Con Moskeradır.

"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir"Qarabağ"ın tanış rəqibi: "Viktoriya" o hücumçuya güvənir

Komandanın bu mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi oyunların nəticələri: 

HİK - "Viktoriya Plzen" 1:2 "Viktoriya Plzen" - HİK 5:0 "Şerif Tiraspol" - "Viktoriya Plzen" 1:2 "Viktoriya Plzen" - "Şerif Tiraspol" 2:1

Klub ölkə çempionatı çərçivəsində iki oyuna çıxıb və 4 xal qazanıb: 

"Teplitse" - "Viktoriya Plzen" - 2:2 "Viktoriya Plzen" - "Pardubitse" - 2:1

Futbol üzrə Çexiya çempionatı UEFA-nın əmsalına görə hazırda 16-ci pillədədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Premyer Liqası bu siyahıda 26-cı yerdə qərarlaşıb.

"Qarabağ"la oyundan öncə "Viktoriya Plzen" 13 avqust tarixində ölkə çempionatı çərçivəsində "Qradets Kralove" klubuna qarşı oynayacaq. 

"Köhlən atlar"a qarşı ilk oyun isə avqustun 17-də, saat 20:45-də Bakıda keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər