"Qarabağ"ın sponsoru milyonları əsirgəmədi

"Qarabağ"ın sponsoru milyonları əsirgəmədi
"Qarabağ"ın sponsoru "Azərsun Holdinq” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.
Fanat.Az xəbər verir ki, Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da ölkə başçısının çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.
Bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək "Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərəm bütün istehsal müəssisələr, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.
"Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər