“Qarabağ”ın seriyası qırıldı

“Qarabağ”ın seriyası qırıldı

Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.

Fanat.Az xəbər verir ki, Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib. Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1.

“Qarabağ” evdə sonuncu xal itkisi ilə 364 gün öncə - 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər