“Qarabağ”ın səhmləri satışa çıxarıldı

“Qarabağ”ın səhmləri satışa çıxarıldı

Azərbaycanın ən populyar futbol klubu olan “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb. 

Fanat.Az xəbər verir ki, söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Təkliflə maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər