Onur Kıvrakın heyətdən kənarlaşdırılmasından sonra qapını gənc Uğurcan Çakıra əmanət edən "Trabzonspor" təcrübəli qapıçı axtarışlarını davam etdirməkdədi.
Fanat.Az xəbər verir ki, menecerlər Trabzon klubuna "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi təklif edib. 30 yaşlı bosniya və hersoqovinalı əlcək sahibi klubu "Ərzurumspor"la yaşadığı problemlər üzündən ayrılmaq istədiyi məlum olub.
"Bordo-mavili" klub rəhbərliyinin Şehiçin "Ərzurumspor"la müqavioləsi olduğu üçün bu transferə o qədər də yanaşmadığı deyilir.
Fanat.Az