"Qarabağ"ın sabiq məşqçisi tanınmış klubu çalışdıracaq

"Qarabağ"ın sabiq məşqçisi tanınmış klubu çalışdıracaq

“Qarabağ” və “Zirə” klublarında məşqçi kimi çalışmış Borçe Xristov bacarığını baş məşqçi qismində sınayacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında da məşqçilik etmiş şimali makedoniyalı mütəxəssis “Rabotniçki”ni çalışdıracaq. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.   Şimali Makedoniyanın ən titullu və tanınmış klublarından olan “Rabotniçki” Xristovla 2023-cü ilin yanvarına qədər müqavilə imzalayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər