"Qarabağ"ın sabiq hücumçusu Vüsalı məyus etdi

"Qarabağ"ın sabiq hücumçusu Vüsalı məyus etdi

Türkiyə I Liqasında çıxış edən Vüsal İsgəndərli "Keçiörengücü"nün heyətində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, "Kocaelispor"u qonaq edən Vüsalın komandası minimal hesabla uduzub - 0:1.

Görüşün taleyini həll edən yeganə qolu 81-ci dəqiqədə penaltidən "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu vurub. Vüsal İsgəndərli oyuna start heyətində çıxıb və 56-cı dəqiqədə əvəzlənib. O, həmçinin, 14-cü dəqiqədə sarı vərəqə alması ilə yadda qalıb.

Qeyd edək ki, "Keçiörengücü" 8 oyunda 4 xal əldə edib və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər