“Qarabağ”ın sabiq hücumçusu narkoman imiş - Etiraf etdi

“Qarabağ”ın sabiq hücumçusu narkoman imiş - Etiraf etdi
2019/2020 mövsümündə "Qarabağ"ın heyətində çıxış edən Maqaye Qeye narkotik maddə qəbul etdiyini boynuna alıb.  
Fanat.az "Fanatik.ro"ya istinadən xəbər verir ki, Qeye bu səbəbdən Rumıniyanın "Dinamo" klubundan qovulduğunu etiraf edib. Rumıniya mətbuatı Seneqal əsilli fransalı hücumçu etdiyi əməldən peşman olduğunu bildirib.
31 yaşlı forvardın etirafını nəzərə alan Rumıniya Milli Antidopinq Agentliyi onu 3 ay müddətinə cəzalandırıb. Bu isə o deməkdir ki, təcrübəli oyunçu yenidən futbola qayıda biləcək.
Qeyd edək ki, heyətində Qeye "Qarabağ”ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.
 
“Qarabağ”ın sabiq hücumçusu narkoman imiş - Etiraf etdi
 
Mənbə: Report.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər