“Qarabağ”ın sabiq futbolçusunu “Keşlə” istəyir

“Qarabağ”ın sabiq futbolçusunu “Keşlə” istəyir
"Qarabağ”ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi "Keşlə”nin maraq dairəsindədir.
Bu ilin əvvəlində ölkəsində "Fortuna” klubu ilə 6 aylıq müqavilə bağlayan 34 yaşlı hücumameyilli oyunçunu Bakı təmsilçisi mövsümün sonunda heyətinə cəlb etmək niyyətindədir. Corc özü bir müddət əvvəl açıqlamasında Azərbaycandan təklif aldığını etiraf etsə də, onunla maraqlanan klubun adını bildirməmişdi.
"Keşlə” Leroyu maliyyə məsələsində razı sala bilsə, futbolçunun ölkəmizə dönüşü rəsmiləşəcək.
Qeyd edək ki, Leroy Corc 2013-2015-ci illərdə "Qarabağ”ın formasını geyinib. (Apasport.az)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər