"Qarabağ"ın sabiq futbolçusu "Traktor"da - FOTO/VİDEO

"Qarabağ"ın sabiq futbolçusu "Traktor"da - FOTO/VİDEO

Təbriz klubu “Traktor” yeni futbolçu ilə güclənib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı qurdlar" Azərbaycan fulbolsevərlərinə tanış olan futbolçunu transfer edib.

Cənubi Azərbaycan təmsilçisi “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Xayme Romeronu heyətinə qatıb.  "Qarabağ"ın sabiq futbolçusu "Traktor"da - FOTO/VİDEO Romero 2019-2022-ci illər aralığında “Qarabağ”da forma geyinib. İspan futbolçu Ağdam klubundan ayrılandan sonra ölkəsində “Kartaxena”nın formasını geyinib.  

Qeyd edək ki, "Traktor"u dekabrdan ispan baş məşqçi Pako Xemes çalışdırır. Onun başçılığı altında 8 oyunda 17 xal toplayan komanda hazırda 19 turdan sonra 32 xalla 4-cü pillədədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər