"Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu Türkiyə 1-ci liqa təmsilçisi "Kocaelispor”la ilkin müqavilə imzalayıb. Bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə "Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin "Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırmışdı. Ağdam təmsilçiinin yenidən futbolçu ilə maraqlandığı xəbərləri yayılmışdı.