"Qarabağ"ın sabiq futbolçusu Danimarka klubunda

"Qarabağ"ın sabiq futbolçusu Danimarka klubunda
2019/2020 mövsümündə "Qarabağ"da çıxış etmiş Ailton Silva özünə yeni klub tapıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə "Ekstrabladet" nəşri məlumat yayıb. 
 
Xəbərə görə, Almaniyanın "Ştutqart" klubunun futbolçusu Danimarkanın "Midtüllan" komandası ilə anlaşıb. 
26 yaşlı cinah müdafiəçisi mövsümün sonuna kimi icarə əsasında ölkə çempionunun formasını geyinəcək. "Midtüllan" bu keçid üçün qarşı tərəfə ödəniş etməyəcək.
Qeyd edək ki, "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"nin formasını geyinib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər