“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev özünə yeni komanda tapıb.
Fanat.Az xəbər verir ki, Slavçev Polşanın 3-cü Liqa təmsilçisi "Veçistu"da oynayacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Bolqarıstandan olan yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. 30 yaşlı oyunçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, 2018-2020-ci illər aralığında "Qarabağ"ın şərəfini qorumuş Slavçevin son klubu Polşa "Lexiya"sı olub.