"Qarabağ"ın sabiq forvardı klubundan niyə qovulub?

"Qarabağ"ın sabiq forvardı klubundan niyə qovulub?
"Qarabağ"ın və millinin sabiq hücumçusu Vüqar Nadirov Region Liqasında çempionluğa namizəd olan "FC Baku"dan uzaqlaşdırılıb.
 
Fanat.Az xəbər verir ki, Nadirov göndərilən yeganə tanınmış sima deyil. Rəhbərlik Amit Quluzadə və Kamran Abdullazadə ilə də əməkdaşlığa son qoyub. Premyer Liqada oynamış futbolçuların qovulma səbəbi açıqlanmasa da, ilkin məlumatlara görə hər 3 oyunçu intizamsızlığın qurbanı olub. Hərçənd başqa səbəblər də istisna edilmir.
 
Fanat.Az  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər